Qəbələ

Məhsul Kodu: GBL-5010 Kateqoriya: Kolleksiyalar:

2.950

İzah

Qəbələ Azərbaycanın təxminən 2000 ildən çox yaşı olan qədim şəhəridir. Qəbələ I əsrə aid antik mənbələrdə, daha dəqiq, Böyük Pliniyin “Təbii tarix” əsərində adı çəkilən Qafqaz Albaniyasının 600 il ərzində paytaxtı olmuşdur. Sonralar ərəb mənbələrində onun adı Xəzər kimi çəkilir, belə ki, şəhər bir əsr xəzərlərin inzibati vahidi statusunu daşımışdır. Qəbələdən antik dövrün ilk kirəmit dam örtükləri və keramik qab qalıqları tapılmışdır.

Şəhərin IX-XIII əsrlərə aid mədəni qatında xeyli miqdarda ocaq yerləri, təndirlər, quyular, saxsı borularla çəkilmiş yeraltı su xətləri, həmçinin öz dövrü üçün unikal şirli keramika məhsulları tapılmışdır. Bu, qədimdən şəhərin iqtisadiyyatında kənd təsərrüfatı və bağçılıqla yanaşı, dulusçuluq, zərgərlik və digər sənət növlərinin də geniş yer tutduğunu ehtimal etməyə əsas verir.

Məhsulun ünvanınıza çatdırılması 24-48 saat ərzində mümkündür. Qiyməti 5 AZN-dir. Şəhər xaricinə çatdırılma qiyməti 20AZN-dır.

Bizimlə pulsuz bir onlayn məsləhətləşmə planlaşdırın

Konsultasiya