Qazax – Kulon, Kiçik

₼670

  • Sizing info
    • 0 ₼
    • 0 ₼
    • 0 ₼
    • 0 ₼

Description

Orijinal çeşnisinə görə Qazax xalçaları hal-hazırda dünyanın bir çox tanınmış muzeylərində öz layiqli yerini tutub. Məsələn, XIV əsr Qazax xalçası Berlinin incəsənət muzeyində, XVIII əsr xalçaları Nyu-Yorkun Metropoliten, Ermitajda, Londonun Viktoriya və Albert muzeyində, Budapeştin incəsənət muzeyində və başqalarında nümayiş olunurlar.

Bu model Qazax xalçaçılıq məktəbinin Şıxlı xalçalarından məhz «Ağaclı»-dan ilhamlanmışdır. Şıxlı xalçaları Azərbaycan xalq yaradıcılığının klassik nümumələrindən sayılır. Orta sahədə yerləşən uzunsov formalı böyük element sərvi xatırladır. Qeyd etmək lazımdır ki, Yaxın Şərqdə, həmçinin Azərbaycanda hələ qədim zamanlardan sərv müqəddəs ağac hesab olunurdu.

Məhsulun ünvanınıza çatdırılması 24-48 saat ərzində mümkündür. Qiyməti 5 AZN-dir. Şəhər xaricinə çatdırılma qiyməti 20AZN-dır.

Bizimlə pulsuz bir onlayn məsləhətləşmə planlaşdırın

Konsultasiya