Muğan – Boyunbağı

₼1.530

  • Sizing info
    • 0 ₼
    • 0 ₼
    • 0 ₼
    • 0 ₼

Description

Muğan xalçaları yaxın məsafədə yerləşən bir neçə rayona aid xalçanın ümumi elementlərini özündə birləşdirir. Bu xalçalar Kür və Araz çayları arasındakı ərazilərə – Sabirabad, Cəlilabad, Saatlı, Biləsuvara aiddir. Xalçaların mərkəzi ornamenti qarmaqvari element – “kehna-naxış”dır. Bəzi mənbələrə əsaslanaraq, bu rəsm damğa sayılır və 12 il mənasını verir.

Belə ki, qədim türklərin təqvimlərində il hesablanması yalnız günlər və aylar üzrə deyil, həm də 12 il üzrə aparılırdı. Hər il hər hansı bir heyvanın (bürcün) adı ilə bağlı olurdu. Maraqlıdır ki, Niderland rəssamı Hans Memlinq (1438-1494) öz əsərlərində Muğan xalçalarını dekor vasitəsi kimi istifadə edib. Muğan xalçası dünyanın bir çox muzeylərində saxlanılır.

Məhsulun ünvanınıza çatdırılması 24-48 saat ərzində mümkündür. Qiyməti 5 AZN-dir. Şəhər xaricinə çatdırılma qiyməti 20AZN-dır.

Bizimlə pulsuz bir onlayn məsləhətləşmə planlaşdırın

Konsultasiya