Mərəzə – Qol Düyməsi

3.100

Description

Mərəzə Qobustan rayonunda – açıq səma altında möhtəşəm qayaüstü rəsmlər muzeyi olan Qobustanın yaxınlığında yerləşir. Bu səbəbdən, Mərəzə xalçaları “Qobustan” adı ilə də məşhurdur. Onlar digər Azərbaycan xalçalarından fərqli, unikal kompozisiyaya malikdir. Müxtəlif formalarla döşənmiş butalar və ya çiçək-zoomorf ornamentli şaquli xətlər yerli əhalinin mədəniyyət və təsərrüfatını əks etdirmişdir. Bu modeldə təsvir olunmuş quş və buynuzlu romb tünd-qırmızı rəngli Mərəzə xalçaları üçün ənənəvi naxışlar hesab olunur və inanca görə, qəzəbli ruhlardan qoruyur.

Məhsulun ünvanınıza çatdırılması 24-48 saat ərzində mümkündür. Qiyməti 5 AZN-dir. Şəhər xaricinə çatdırılma qiyməti 20AZN-dır.

Bizimlə pulsuz bir onlayn məsləhətləşmə planlaşdırın

Konsultasiya