Tarixin çarxları – Yaylıq

SKU: TRÇ-11010 Category: Tag:

170

Description

Bu yaylıq Rəsm brendinin “Tarixin Çarxları” zərgərlik kolleksiyasından ilhamlanmışdır. Kolleksiya Azərbaycanın regionlarına həsr olunur və əsas məqsədi Azərbaycanın hər bir bölgəsinin, kənd və şəhərinin gözəlliyini sərgiləmək və ölkənin müxtəlif hissələrinin mədəni zənginliyini və fərqliliyini vurğulamaqdır.

Zərəgərlik kolleksiyasında olduğu kimi bu yaylıq da Azərbaycanın bölgələrinin incəsənəti, mətbəxi, tarixi, coğra yası, yerli mədəni irsinə dair element və simvollarla bəzədilmişdir.

Yaylığın mərkəz hissəsində Azərbaycanın regionlarının atributları simmetrik şəkildə qoşa təsvir olunmuşdur. Ortada Bakının əsas girişi “Qoşa Qala” qapısı tağbəndinin üzərində qabarıq şəkildə həkk olunmuş, şəhərin rəmzi olan öküz başı və qarşı-qarşıya durmuş iki şir təsvir olunmuşdur. Şirlərin yanında Qədim Gəncə arxeoloji kompleksinin ərazisindən tapılan Atabəylər dövrünə (1136 – 1225) aid, üzərində Məhəmməd Cahan Pəhləvanın (1172 – 1186) adı yazılan gil qabı bəzəyən heyvan təsvirləri öz əksini tapmışdır. Mingəçevir ərazisindən qazıntılar zamanı tapılan VII əsrə aid alban əli ası ilə yazılı daş kitabənin üstündə təsvir olunmuş quşlar da yaylığın mərkəzini bəzəyir. Həmçinin, Göyçayı təmsil edən “meyvələrin şahı”, bir çox mədəniyyət və dinlərin əsas simvolu olan nar ağacları da Azərbaycanın regionlarına həsr olunan yaylığın mərkəzində təsvir olnmuşdur.

“Tarixin Çarxları” yaylığının dörd tərə Şamaxı, Təbriz, Ağsu və Beyləqan atributikası ilə bəzədilmişdir. Burada Təbriz miniatür məktəbinə aid miniatürdən ilhamlanan musiqiçi təsviri var. Bundan əlavə, Şirvan xalçaçılıq məktəbinə aid Şamaxı xalçalarının özünəməxsus ornamenti və mürəkkəb kompozisiyasını da yaylığın üzərində görmək olar. “Tarixin Çarxları” yaylığının üzərindəki ovçuluq səhnəsi Beyləqandan tapılan XII – XIII əsrlərə aid saxsı qabın üstündəki təsvirdən ilhamlanır, insan üzünə bənzər təsvir isə Ağsu ərazisindən tapılan üzərində döymə üsulu ilə sima əks olunmuş buta formalı mis əşyadan ilhamlanmışdır.

Yaylıq Azərbaycanın ayrı-ayrı bölgələri arasındakı fərqlilik və bu bölgələrin mədəni irsi ilə bağlı olan fəxr hissi ilə hazırlanmışdır.

Məhsulun ünvanınıza çatdırılması 24-48 saat ərzində mümkündür. Qiyməti 5 AZN-dir. Şəhər xaricinə çatdırılma qiyməti 20AZN-dır.

Bizimlə pulsuz bir onlayn məsləhətləşmə planlaşdırın

Konsultasiya