Şamaxı – Sırğa

SKU: YISMX-1017 Category: Tags:

746

Description

Şamaxı adı ilk dəfə hələ II əsrdə qədim yunan mütəfəkkiri Ptolomeyin əsərlərində çəkilir. Ticarət yollarının kəsişməsində yerləşən Şamaxı uzun müddət düşmənlərin hücumuna məruz qalmışdır. Şamaxı qala divarlarının inşası bu hücumlardan müdafiə məqsədi daşıyırdı. Üzüm tənəyi və dolça Şamaxının çoxəsrlik üzümçülük və şərabçılıq mədəniyyətini simvolizə edir. Əlverişli iqlim burada şərab sənayesinin inkişafına şərait yaradır.

Bununla yanaşı, şəhər qədimdən Azərbaycanın xalçaçılıq mərkəzlərindən biri kimi də tanınır. Şamaxı xalçası Şirvan xalçaçılıq məktəbinə mənsubdur, özünəməxsus ornamentləri və parlaq, mürəkkəb kompozisiyası ilə fərqlənir. Burada çox rast gəlinən romb ən qədim dini simvol sayılır və yerləşməsindən asılı olaraq yer, qadın və məhsuldar başlanğıc mənalarını verir.

Məhsulun ünvanınıza çatdırılması 24-48 saat ərzində mümkündür. Qiyməti 5 AZN-dir. Şəhər xaricinə çatdırılma qiyməti 20AZN-dır.

Bizimlə pulsuz bir onlayn məsləhətləşmə planlaşdırın

Konsultasiya