Дракон

Артикул: YIAJD-2015 Категория: Метка:

₼6 300

  • Sizing info
    • 0 ₼

Описание

Bu tip xalçalar XVI-XVIII əsrlərdə Qarabağda, həmçinin Şirvan və Qubada toxunmuşdur. Əjdaha motivinin Hülakülər dövrü (XIII-XIV əsrlər) Azərbaycan tekstil nümunələrində istifadə edildiyi bilinir.

Azərbaycan dekorativ-tətbiqi xalq sənəti nümunələrində, tək olaraq istifadə edildiyi zaman, əjdaha xeyirli qüvvəni simvolizə edir. Şifahi xalq ədəbiyyatında əjdaha bəzən su qaynaqlarını da təmsil edir.

Qədim Türk inanclarına görə də “Büke”, “Evren”, “Kök-luu”, “Abırqa” adlandırılan əjdahalar müsbət gücü, qüvvəni təmsil edir. Bəzi qaynaqlarda qədim hunların paytaxtının “Əjdaha şəhəri” olduğu qeyd edilir. Qıpçaq türklərində “Beqşa” adlı əjdaha ailə ocağının qoruyucusu kimi qəbul edilirdi. Səfəvilər dövrü xalçalarında da bu motiv geniş istifadə olunub.

Доставка товара по вашему адресу возможна в течение 24-48 часов за 5 AZN. За городом цена доставки 20AZN.

Запишитесь на бесплатную онлайн-консультацию с нами

Консультация