Gülün Gücü
“Gülün Gücü” kolleksiyası hər bir qadının həm mülayim, həm güclü, həm yumşaq həm dözümlü olma qabiliyyətinin təntənəsidir; öz dərinlikləri dərk edən və stereotiplərdən uzaqda yaşayan bir qadının; özünə ən uyğun olanı seçə biləcək qədər özünə hörmət edən bir qadının; fürsətləri dəyərləndirən və bundan zövq almaqdan çəkinməyən; şüuraltının fərqində olan və öz daxili dünyası ilə isti münasibətdə olan; zərifliyini itirmədən güclü olmağı bilən bir qadının təntənəsidir. Bu hər birimizin içində yaşayan o qadındır.