“PARLA” Təqaüd və İnkişaf proqramının məzunları ilə görüş

Neqsol Holdinqin təşkil etdiyi “PARLA” Təqaüd və İnkişaf proqramının 1-ci Məzun Mərasimində Resm Jewelry-nin yaradıcısı Rəsmina Qürbətova xüsusi qonaq kimi dəvət olunmuşdu. Tədbirdə istedadlı qadın məzunları karyeralarına başlamağa həvəsləndirmək və gücləndirmək üçün Rəsminə xanım öz şəxsi uğur hekayəsini bölüşüb.

Azərbaycanın Fransadakı səfirliyində tədbir

7 mart 2024-cü il tarixində Azərbaycanın Fransadakı səfirliyində keçirilən “Simvolların rəqsi” konserti Beynəlxalq qadınlar gününə həsr olunmuşdu. Bu tədbir çərçivəsində pianist Bəbir Bəbirlinin müşayiəti ilə Rəsm brendinin kolleksiyalarına uyğun mahnılar ifa olunmuşdur. Konsertin əsas məqsədi Azərbaycan mədəniyyətini tanıtmaq və qonaqları bu zəngin mədəni irslə tanış etmək olub.

2023-cü ilin dekabr ayında AyButa kolleksiyası işıq üzü gördü.

Bu kolleksiya üçün ilham insanların müşahidələrindən, xüsusən onların müxtəlif münasibətlərindən qaynaqlanır. Resm brendinin yaradıcısı Rəsmina xanım: “Mənim üçün “Buta” həyatı, “Ay” isə müşahidə edən varlıq, zamanın axarının təsvirini simvolizə edir. İnsanları, onların duyğularını, hisslərini və narahatlıqlarını təsəvvür etmək və onları dizayna çevirmək prosesi həm sevincli, həm mürəkkəb, eyni zamanda həm də mükafatlandırıcıdır”.

Beynəlxalq Zərgərlik Həftəsi

Azərbaycanın ilk milli zərgərlik brendi olan “Resm”, 2014-cü ilin 3-6 dekabr tarixlərində keçirilmiş Beynəlxalq Zərgərlik Həftəsində sərgilənmişdir.

Azərbaycanın ilk milli zərgərlik brendi olan “Resm”, 2014-cü ilin 3-6 dekabr tarixlərində keçirilmiş Beynəlxalq Zərgərlik Həftəsində sərgilənmişdir. İstehsalçıları, topdan və pərakəndə satıcıları, peşəkar sənətkarları bir araya gətirən sərgi Dubayın (BƏƏ) Dünya Ticarət Mərkəzində həyata keçirilmişdir.

BaselWorld 2016 Zərgərlik Sərgisi

Cari ilin 17-24 mart tarixlərində İsveçrənin Basel şəhərində “Resm” öz məhsulları ilə Azərbaycanı Baselworld adlı zərəgərlik sərgisində təmsil etmişdir.

Cari ilin 17-24 mart tarixlərində İsveçrənin Basel şəhərində “Resm” öz məhsulları ilə Azərbaycanı Baselworld adlı zərəgərlik sərgisində təmsil etmişdir. Baselworld zərgərlik sənayesinin ən əhəmiyyətli və ən geniş miqyaslı tədbirlərindən biri sayılır. 45 ölkədən təşrif buyurmuş 2100-dən çox sərgi iştirakçısı dünyanın tanınmış saat və zinət əşyaları istehsalçılarını, habelə qiymətli daşlar üzrə ixtisaslaşan şirkətləri təmsil edirlər. Hər il sərgini 100 mindən artıq qonaq ziyarət edir.

“Azərbaycan Xəritəsi – Tarixin Çarxları” adlı yeni kolleksiyasının təqdimat mərasimi

Kolleksiya Azərbaycanın bölgələrinə həsr olunub. Kolleksiya Azərbaycanın bütün bölgələrinin mədəni zənginliyi və müxtəlifliyini əks etdirir və ölkənin hər küncünün gözəlliyini nümayiş etdirir.

Kolleksiya Azərbaycanın bölgələrinə həsr olunub. Kolleksiya Azərbaycanın bütün bölgələrinin mədəni zənginliyi və müxtəlifliyini əks etdirir və ölkənin hər küncünün gözəlliyini nümayiş etdirir.

Yer Kürəsi Günü müsabiqəsi

“Resm” zərgərlik brendinin təşkilatçılığı ilə uşaqlar arası Yer Kürəsi Gününə həsr olunmuş yaradıcılıq müsabiqəsi keçirilib.

Təhsil Nazirliyinin və Amerika Birləşmiş Ştatlar Səfirliyin dəstəyi “Resm” zərgərlik brendinin təşkilatçılığı ilə uşaqlar arası Yer Kürəsi Gününə həsr olunmuş yaradıcılıq müsabiqəsi keçirilib.

Azərbaycanın hər guşəsindən, 6-16 yaş arası uşaqlar Milli elementlərlə (təbiət, heyvanlar, memarlıq, ornamentlər) bəzədilmiş Yer Kürəsi gününə aid poster çəkməklə müsabiqədə iştirak ediblər.

Müsabiqənin məqsədi Yer Kürəsi Günü və ətraf mühit məsələlərinə qarşı 6-16 yaş uşaqlar arasında maraq yaratmaqdır.

İştirakçılar münsiflər heyəti tərəfindən 3 yaş kateqoriyasına bölünüb (6-8,9-12, 13-16 yaş) və hər kateqoriyanın 1 qalibi seçilib.

Seçilmiş əsərlər sərgidə təqdim olunub. Qəbulda qaliblərə və bütün iştirakçılara hədiyyələr və sertifikatlar verilib.

RESM-in portreti müsabiqəsi

2019-cu il 14 may – 31 avqust tarixlərində Resm gənc rəssam və tələbələr arasında portretlərdə milli ornamentlərlə bəzədilmiş zinət əşyaları təsvir edilən yaradıcılıq müsabiqəsini təşkil etdi. Bu yarışmada əllidən çox gənc rəssam iştirak etdi və biri-birindən gözəl əl işlərini təqdim etdilər.

2016-cı ildən etibarən Resm hər il sosial layihələr çərçivəsində müsabiqələr təşkil edərək uşaqların və gənclərin Milli Mədəni İrsimiz olan milli naxışlara və ornamentlərə olan marağına dəstək olmağa çalışır. Layihələrin məqsədi rəssamların və dizaynerlərin ornamentlərə marağını dəstəkləmək və naxışlarımızın tarixi dəyərinin gələcək işləri üçün ilham mənbəyi olduğunu göstərməkdir. 2019-cu il 14 may – 31 avqust tarixlərində Resm gənc rəssam və tələbələr arasında portretlərdə milli ornamentlərlə bəzədilmiş zinət əşyaları təsvir edilən yaradıcılıq müsabiqəsini təşkil etdi. Bu yarışmada əllidən çox gənc rəssam iştirak etdi və biri-birindən gözəl əl işlərini təqdim etdilər. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2019-cu il 27 sentyabr tarixində, saat 15:00-da Muzey Mərkəzinin Sərgi Qalereyasında iştirakçıların rəsmlərindən ibarət sərgi və mükafatlandırma mərasimi keçirildi. İştirakçılar arasından 7 rəssam fərqlənmə diplomu və qiymətli hədiyyələrlə təltif olundular.

“EY İlin İş Adamı” yarışının qalibi – Rəsminə Qürbətova

“EY İlin İş adamı” müsabiqəsinin qalibləri Rəsminə Qürbətova və Fərid Axundov İTV Biznes Azərbaycan verlişinin qonaqları oldular.

22 aprel tarixində “EY İlin İş adamı” müsabiqəsinin qalibləri Rəsminə Qürbətova və Fərid Axundov İTV Biznes Azərbaycan verlişinin qonaqları oldular.

Resm-in təsisçisi və dizayneri olan Rəsminə Qürbətova dizaynların müstəsnalığından, özəlliyindən və ümumilikdə yarışmadan bəhs etdi.

Müsahibəni aşağıdakı linkdən izləyə bilərsiniz

İlin İş Adamı Haqqında

1986-cı ildə EY tərəfindən qurulan, sahibkarlar üçün dünyanın ən prestijli iş mükafatları proqramıdır. EY İlin İş Adamı öz cəmiyyətində, ölkəsində və dünyada həyat keyfiyyətini yaxşılaşdırmaq üçün çalışan, liderlik, uğur nümayiş etdirən şəxslərin və şirkətlərin sahibkarlıq nailiyyətlərini tanıyan qlobal bir proqramdır.