Xalça
İlk Azərbaycan zərgərlik brendi olan Resm təqdim olunmuş «Xalça» adlı kolleksiyasında bu qədim xalq sənətimizdən ilham alaraq onun ornamentlərindən və naxışlarından zinət əşyalarının yaradılmasında istifadə edir. Xalçalarda istifadə olunan zəngin rəng palitrasını canlandıran bu əl işləri xalça naxış kompozisiyalarının mənasını açaraq onların gözəlliyini zərgərliyə xas olan üslubda ifadə edirlər. Hər bir model onu tərənnümə gətirmiş ornamentin mənasını açan və tarixini izah edən kitabça ilə birlikdə təqdim olunur.