Haqqımızda

Resm: Gözəllik və Mədəni İrs                                  

   Resm zinət əşyaları qədim Azərbaycanın naxış və bəzəklərinin müasir interpretasiyasını təqdim edir.

  Sadəcə dəbli aksessuar deyil, Resm məhsulları Azərbaycanın mədəniyyəti, ənənələri və hər şeydən öncə, ruhu ilə bir əlaqə yaradır. Aid olduğu dövrdən asılı olmayan bir xarakterə və yüksək keyfiyyətə malik olmaqla yanaşı, Resm zinət əşyaları adi dəb meyllərindən üstün olmağa, əcdadların yaşadığı bir aləmə qatılmağa imkan verir.

   Bütün  Resm məmulatları dizaynın tarixi mahiyyətini, naxışların mənşəsini və ənənəvi bəzəkləri izah edən fərdi təsvirlərlə təmin olunur. Bu nadir eksklüziv incəsənət əsərləri gözəllik və irsə təbii meylliliyi, bağlılığı olan hər bir kəs üçün ideal bir hədiyyədir.

  İstehsal etdiyimiz əşyaların ümumi estetik görünüşünü, habelə dəyərliliyini artırmaq məqsədi ilə zinət əşyalarında 14K/18K qızıldan, eləcə də qiymətli daşlardan istifadə edirik.

Kişilər üçün həmçinin keyfiyyət dərəcəli gümüş əşyaları, cib yaylıqları və qalstukmodelləri də mövcuddur.