Mütəmadi Verilən Suallar
SİFARİŞİ NECƏ YERLƏŞDİRƏ BİLƏRƏM?
İstədiyiniz əşyanı tapdıqdan sonra, “Səbətə əlavə et” düyməsini basıb Səbətə yerləşdirin. Sifarişinizi başa çatdırmaq üçün ödənişə keçid alıb sonrakı istiqamətləri izləyin.
SİFARİŞ YERLƏŞDİRMƏK TƏHLÜKƏSİZDİRMİ?
Bəli. Sifarişinizi saytımızda yerləşdirərkən, bizə təqdim etdiyiniz məlumatlara çox böyük diqqətlə yanaşırıq.
SİFARİŞİ HANSI ÖLKƏLƏRƏ ÇATDIRMAQ OLAR?
Dünyanın hər yerinə çatdırılma xidməti mövcuddur. Bunun üçün bizimlə yalnız əlaqə saxlamanız yetərlidir.
ALDIĞIM ƏŞYA HANSI BAĞLAMADA GÖNDƏRİLƏCƏK?
Bütün əşyalar orijinal Resm qutusu və sertifikatla birgə çatdırılır.
ALIŞ-VERİŞLƏ BAĞLI ƏLAVƏ YARDIM VƏ YAXUD KONSULTASİYAYA EHTİYACIM OLSA NƏ ETMƏLİYƏM?
[email protected] e-poçt vasitəsilə bizim ticarət məsləhətçilərimizə müraciət edə bilərsiniz. Suallarınız 24-48 saat ərzində cavablandırılacaq.
BİLDİRİŞ GÖNDƏRMƏDƏN QİYMƏTLƏR DƏYİŞƏ BİLƏRMİ?
Bəli, qiymətlər dəyişə bilər. Sizdən tutulan məbləğ sifarişi yerləşdirdiyiniz günkü qiymət əsasında olacaq.
RESM ÖZ ƏŞYALARINDA HANSI METALLARDAN İSTİFADƏ EDİR?
Ağ qızıl, qızıl, gümüş və paslanmayan poladdan hazırlanmış məhsullar təklif edirik. Hər bir qızıl və ya gümüş məhsulun içəri hissəsində məhsulun karatını göstərən möhür mövcuddur.
14K VƏ 18K QIZIL NƏDİR?
14K/18K qızıl – xalis qızıl, mis, nikel, sink və s. kimi metalların qarışığıdır. Bu qeyri-qızıl metallar, çox yumşaq olan xalis qızıldan daha möhkəmdirlər. Əşyanın karat sayını hesablamaq üçün (məsələn, 14K) mümkün olan maksimum karat sayına (24K) yəni 24-ə bölün. Nəticədə 0.583 (faizlə 58,3%) alınır, bu da 14K qızılın neçə faiz xalis qızıldan ibarət olmasının göstəricisidir.
PLATİN VƏ AĞ QIZILIN FƏRQİ NƏDƏDİR?
Platin zərgərlik, sənayə və pul vasitəsi kimi istifadə olunan çox nadir qiymətli metaldır. Qızıl həm də zərgərlikdə və pul vasitəsi kimi istifadə olunan qiymətli metaldır, platinə nisbətən ağ qızıl cızıq və zədələnməyə qarşı daha davamlıdır.
RESM ZİNƏT ƏŞYALARINDA İSTİFADƏ OLUNAN DAŞLAR TƏBİİDİRMİ?
Resm zinət əşyalarında heç bir süni daşlardan istifadə olunmur. Məhsullarımızın hazırlanmasında yalnız təbii daşlardan istifdə olunur.
MİNALI ZƏRGƏRLİK ƏŞYALARINI ALAN ZAMAN NƏYİ NƏZƏRƏ ALMALIYAM?
Minalı əşyalarının uzun ömürlü olması üçün və minanın çatlamasının qarşısını almaq üçün saxladığınız yerdən götürüb qoyarkən ehtiyatla davranmaq lazımdır. Daha ətraflı məlumat üçün əşyalara qulluq bölməsinə keçid almağınızı xahiş edirik