Azərbaycanın ilk milli zərgərlik brendi olan “Resm”, 2014-cü ilin 3-6 dekabr tarixlərində keçirilmiş Beynəlxalq Zərgərlik Həftəsində sərgilənmişdir. İstehsalçıları, topdan və pərakəndə satıcıları, peşəkar sənətkarları bir araya gətirən sərgi Dubayın (BƏƏ) Dünya Ticarət Mərkəzində həyata keçirilmişdir.
Cari ilin 17-24 mart tarixlərində İsveçrənin Basel şəhərində “Resm” öz məhsulları ilə Azərbaycanı Baselworld adlı zərəgərlik sərgisində təmsil etmişdir. Baselworld zərgərlik sənayesinin ən əhəmiyyətli və ən geniş miqyaslı tədbirlərindən biri sayılır. 45 ölkədən təşrif buyurmuş 2100-dən çox sərgi iştirakçısı dünyanın tanınmış saat və zinət əşyaları istehsalçılarını, habelə qiymətli daşlar üzrə ixtisaslaşan şirkətləri təmsil edirlər. Hər il sərgini 100 mindən artıq qonaq ziyarət edir.
Kolleksiya Azərbaycanın bölgələrinə həsr olunub. Kolleksiya Azərbaycanın bütün bölgələrinin mədəni zənginliyi və müxtəlifliyini əks etdirir və ölkənin hər küncünün gözəlliyini nümayiş etdirir.
Təhsil Nazirliyinin və Amerika Birləşmiş Ştatlar Səfirliyin dəstəyi “Resm” zərgərlik brendinin təşkilatçılığı ilə uşaqlar arası Yer Kürəsi Gününə həsr olunmuş yaradıcılıq müsabiqəsi keçirilib.
Azərbaycanın hər guşəsindən, 6-16 yaş arası uşaqlar Milli elementlərlə (təbiət, heyvanlar, memarlıq, ornamentlər) bəzədilmiş Yer Kürəsi gününə aid poster çəkməklə müsabiqədə iştirak ediblər.
Müsabiqənin məqsədi Yer Kürəsi Günü və ətraf mühit məsələlərinə qarşı 6-16 yaş uşaqlar arasında maraq yaratmaqdır.
İştirakçılar münsiflər heyəti tərəfindən 3 yaş kateqoriyasına bölünüb (6-8,9-12, 13-16 yaş) və hər kateqoriyanın 1 qalibi seçilib.
Seçilmiş əsərlər sərgidə təqdim olunub. Qəbulda qaliblərə və bütün iştirakçılara hədiyyələr və sertifikatlar verilib.
RESM-in portreti müsabiqəsi
2019-cu il 14 may – 31 avqust tarixlərində Resm gənc rəssam və tələbələr arasında portretlərdə milli ornamentlərlə bəzədilmiş zinət əşyaları təsvir edilən yaradıcılıq müsabiqəsini təşkil etdi. Bu yarışmada əllidən çox gənc rəssam iştirak etdi və biri-birindən gözəl əl işlərini təqdim etdilər.
2016-cı ildən etibarən Resm hər il sosial layihələr çərçivəsində müsabiqələr təşkil edərək uşaqların və gənclərin Milli Mədəni İrsimiz olan milli naxışlara və ornamentlərə olan marağına dəstək olmağa çalışır. Layihələrin məqsədi rəssamların və dizaynerlərin ornamentlərə marağını dəstəkləmək və naxışlarımızın tarixi dəyərinin gələcək işləri üçün ilham mənbəyi olduğunu göstərməkdir. 2019-cu il 14 may – 31 avqust tarixlərində Resm gənc rəssam və tələbələr arasında portretlərdə milli ornamentlərlə bəzədilmiş zinət əşyaları təsvir edilən yaradıcılıq müsabiqəsini təşkil etdi. Bu yarışmada əllidən çox gənc rəssam iştirak etdi və biri-birindən gözəl əl işlərini təqdim etdilər. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2019-cu il 27 sentyabr tarixində, saat 15:00-da Muzey Mərkəzinin Sərgi Qalereyasında iştirakçıların rəsmlərindən ibarət sərgi və mükafatlandırma mərasimi keçirildi. İştirakçılar arasından 7 rəssam fərqlənmə diplomu və qiymətli hədiyyələrlə təltif olundular.
22 aprel tarixində “EY İlin İş adamı” müsabiqəsinin qalibləri Rəsminə Qürbətova və Fərid Axundov İTV Biznes Azərbaycan verlişinin qonaqları oldular.
Resm-in təsisçisi və dizayneri olan Rəsminə Qürbətova dizaynların müstəsnalığından, özəlliyindən və ümumilikdə yarışmadan bəhs etdi.
Müsahibəni aşağıdakı linkdən izləyə bilərsiniz
İlin İş Adamı Haqqında
1986-cı ildə EY tərəfindən qurulan, sahibkarlar üçün dünyanın ən prestijli iş mükafatları proqramıdır. EY İlin İş Adamı öz cəmiyyətində, ölkəsində və dünyada həyat keyfiyyətini yaxşılaşdırmaq üçün çalışan, liderlik, uğur nümayiş etdirən şəxslərin və şirkətlərin sahibkarlıq nailiyyətlərini tanıyan qlobal bir proqramdır.