Description
1924-cü ildən təsis edilsə də Rayon kimi yaranma tarixi 08 avqust 1930-cu ildir. Dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri və s. vardır. 200-ə yaxın tarix mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar, eləcə də çoxlu təbii sərvətləri, qiymətli mineral suları ilə zəngin bir ərazidir. Qarabağın məşhur “Qasımuşağı” xalçasının istehsal mərkəzi Laçındır. 05.18.1992-01.12.2020 tarixinə qədər Ermənistanın işğalında olmuşdur.