İrəvan – Kulon, Gümüş

₼270

  • Sizing info
    • 0 ₼
    • 0 ₼
    • 0 ₼
    • 0 ₼

Description

Səfəvilər dövründən başlayaraq Qacarlara qədər İrəvan qalası və sarayının 300 illik tarixi vardır. Hüseynəli xan Qacarın və oğlu Məhəmməd xanın hakimiyyəti illəri İrəvan şəhərinin və qalasının çiçəklənmə dövrü olmuş, Sərdar sarayı da Hüseynəli xan hakimiyyəti zamanı inşa edilmiş və öz zamanının məşhur memarı Mirzə Cəfər Xoylunun rəhbərliyi altında yenidən qurulmuşdur. 1791-ci ildə Məhəmməd xan Qacarın sarayda Güzgülü salonu və Sərdar bağındakı Yay imarətini inşa etdirməsi ilə bu möhtəşəm tikili memarlıq baxımından monumental saray kompleksi kimi tamamlanmışdır.

İrəvan xanlığıyla bağlı mənbələrdə Sərdar sarayı artıq XIX əsrin sonlarından dağılmağa başlamış, məhz bu səbəbdən onun divar tabloları və digər əmlakı XX əsrin əvvəllərində Tiflisə gətirilmişdir. Sarayın hələ sovet hakimiyyətinin ilk illərində mövcud olduğu, 1927-ci ildə İrəvana gələn insanların onu tarixi abidə kimi seyr etdiyi, sarayın son qalıqlarının və İrəvan qalasının isə bütünlüklə 1964-cü ildə sovet Ermənistanı rəhbərliyi tərəfindən “yerlə yeksan edildiyi” kimi faktlar qarşısında, təəssüf ki, bu sarayın maddi sərvətlərinin taleyi haqqında əsl həqiqət tarixçilərə məlum deyil.

Məhsulun ünvanınıza çatdırılması 24-48 saat ərzində mümkündür. Qiyməti 5 AZN-dir. Şəhər xaricinə çatdırılma qiyməti 20AZN-dır.

Bizimlə pulsuz bir onlayn məsləhətləşmə planlaşdırın

Konsultasiya