Description
Lәçәk Turunc kompozisiyasından ilham alır. Lәçәk Turunc iki әsas elementdәn ibarәtdir. Lәçәk yarpaq – sima/sürәt mәnasını daşıyır. Turunc (toranc, torenq) – meyvә adıdır. Bu әtirli meyvә çox xoş hәdiyyә sayılırdı. Hәdiyyә alınmış turunclar mis sinidә, sanki manqal, şamdan kimi evdә, otağın mәrkәzinә qoyulardı. Bәzәn dә turuncları mis sinidә, çıl – çıraq kimi tavandan asardılar (bu adәt bizim günlәrә qәdәr İranın şimal-şәrqindә mövcuddur). Bәzi rәylәrә görә, mәhz bu adәt xalçaların orta elementinin turunc adlandırılması ilә nәticәlәnib.