Mir-A-Buteh – Boyunbağı

1785

  • Sizing info
Options amount
₼0
Final total
1785

Description

Buta ornamentləri Hindistanı zəbt etmiş Britaniyalıları o qədər heyran etmişdi ki, onlar bu ornamentləri özününkiləşdirib parçaların istehsalında istifadə etmişlər. Qərbdə butanı bu naxış ilə ad çıxarmış Şotlandiyanın Peysli şəhərinin adı ilə tanıyırlar. Mir xalçalarının adı Şərqdə butaya tez-tez verilən şərəfli addan irəli gəlir. Bu kəlimə mir- a-buteh (“alicənab bitki”) kimi səslənir.

Xüsusi ədəbiyyatda buta ornamentini müxtəlif oxşatmaları verilir: şam ağacının qozası, ərəb xurması ağacının çətiri və, nəhayət, alov. Dini simvol kimi, alov əbədilik, əbədi həyat mənasını daşıyır. Deməli, buta təsviri uzun ömür və əbədi xatirə arzusu kimi başa düşülməlidir.