Description
Azərbaycan xalqının etnoqrafik xüsusiyyətlərinin formalaşmasında əhalinin bir qisminin köçmə həyat tərzi böyük rol oynamışdır. Bu həyat tərzi bir çox heyvanların yük daşınması ilə əlaqədar yığcam xalça məmulatlarının, xüsusilə məfrəşlərin məişətdə tətbiqinə səbəb olmuşdur. Məfrəşlərdən evlərdə də ev əşyalarını yığıb saxlamaq məqsədilə istifadə edirdilər.