Description
“Nuhun gəmisi” sığınacağı haqda əfsanəyə görə tanınan Naxçıvan qədimdən öz dekorativ və tətbiqi sənət sahələri ilə məşhurdur. Naxçıvan, Ordubad və Culfa kimi şəhərlər uzun əsrlər ərzində yun və ipəkdən hazırlanan xovlu və xovsuz xalçaların toxuculuq mərkəzləri olmuşdur. Bu ərazi Böyük İpək Yolu üzərindəki dayanacaqlardan biri olmuş, burada ucaldılmış qalalar isə quldur və soyğunçulardan qorunma məqsədilə inşa edilmişdir. Ticarət yollarının qovşağında yerləşməsi yerli əhalinin özünəməxsus fəaliyyət atributunun meydana gəlməsinə səbəb olmuşdur.
Bu, Naxçıvan xalçalarının xüsusi ornamentlərində də öz əksini tapmışdır.Həmçinin, burada arxeoloji qazıntılar nəticəsində tapılmış məişət əşyalarının üzərində əks edilmiş ornamentlər də öz əksini tapmışdır.Modelin digər versiyasında məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri hesab olunan “Mömünə xatun” türbəsinin naxışlarından da istifadə edilib.