Description
Şəhər və inzibati vahid kimi nisbətən yeni formalaşmasına baxmayaraq, Tovuz Azərbaycan ərazisində ən qədim insan məskənlərindən, tarixi aborigenlərin yaşadığı yerlərdən biridir. Rayon ərazisində çoxlu qədim abidələrin mövcudluğu, arxeoloji qazıntılar zamanı tapılmış unikal naxış və rəsmlərlə bəzədilmiş qədim qablar bunu təsdiq edir. Tovuzun xalq yaradıcılığı və mədəniyyətinin ayrılmaz hissəsi olan aşıq musiqisi, simvolik olaraq, bəzəyin üzərində təsvir edilmiş xalq çalğı aləti sazla ifadə olunmuşdur.