Description
Qobustan Qayaüstü İncəsənəti Mədəni Landşaftı Azərbaycanın mərkəzi hissəsinin yarım-səhra ərazilərindən ucalan qaya daşlardan ibarət üç yayla sahəsini əhatə edir ki, burada qaya incəsənətinin 40000 il tarixi olmasını sübut edən 6000-dən artıq heyrətamiz qayaüstü təsvirlər kolleksiyası var.
Bu sahədə həmçinin üst paleolit dövründən orta əsrlərə qədər – sonuncu Buzlaşma Dövründən sonra gələn yağmurlu dövr ərzində bu ərazidə insanların sıx məskunlaşdığını əks etdirən yaşayış mağaralarının, insan məskənlərinin və kurqan qəbirlərin qalıqlarını görmək mümkündür. 537 hektar ərazini əhatə edən bu sahə daha geniş olan Qobustan Qoruğunun bir hissəsidir. Qobustan özünün qayaüstü rəsmlərinin keyfiyyəti və sıxlığına görə, qayaüstü incəsənət təsvirləri kolleksiyasının ov, fauna, flora və qədim dövrlərdəki həyat tərzlərini göstərən əhəmiyyətli dəlillərə görə və qədim və orta əsrlər dövrləri arasında sahənin əks etdirdiyi mədəni əlaqəyə görə mühüm bəşəri dəyərə malikdir.