Description
Zəngilan isə həmin şəhərin və ətraf kəndlərin yerləşdiyi tarixi mahalın adı idi. Lakin kökündə “Pir” sözü olduğu üçün 1930-cu ildən rayоn Zəngilan adlanır. 1967-ci ildə Zəngilana şəhər statusu verilmişdir. Bölgənin tarixinin qədimliyini, qalalar, müşahidə məntəqələri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri, qədim sikkələr və məişət qabları sübut edir. Zəngilan rayonunda tarixi abidələr, Vejnəli qızıl yatağı, dünyada ll, Avropada l nadir çinar meşələri vardır. Rayon 29.10.1993-20.10.2020 tarixinə qədər Ermənistanın işğalında olmuşdur.