Description
Eramızın V əsrindən məlum olan şəhər Arranın böyük ticarət və sənətkarlıq mərkəzi olub. O dəfələrlə dağıdılıb, adı dəyişdirilib və yalnız müstəqillik illərində şəhərə öz tarixi adı geri qaytarılıb. Şəmkirdə tapılmış sənətkarlıq nümunələri Azərbaycan ərazisində yaşayan qədim əhalinin mədəniyyəti, təsərrüfatı və dünyagörüşünü aydın şəkildə ehtiva edir.
Ehtimal edilir ki, bu tapıntılar xüsusi mərasim və ya dini ayinləri əks etdirir. Burada təsvir edilən maral buynuzu hakimiyyət rəmzi, svastika günəşin simvolu, təkər sonsuzluq rəmzi, spiralvari xətlər isə zamanın əbədiliyi və ölümsüzlük mənalarını verir.