Description
Bu əşya “sonsuz düyün” və “qoç buynuzu” adlanan iki oxşar naxışlar əsasında yaradılıb. Həmin naxışlar kilim/palaz və şərq xalçalarının ilmələrində doldurucu naxış kimi geniş istifadə edilib. Bu naxışlar Azərbaycan xalçalarında (məsələn, Talış haşiyə naxışlarında, Pirəbədil xalçalarında) geniş istifadə edilmişdir. Qol düyməsində “S” formalı elementlər istifadə olunur ki, bunlar suyun qıf içində axımını xatırladır. Beləliklə, firavan həyat tərzini ifadə edir və ya digər yozmalara görə, məhsuldarlıq və əbədilik simvoludur.