Göyçay – Qol Düyməsi

3.350

Description

Azərbaycanın əsas narçılıq mərkəzi Şirvan düzündə yerləşən Göyçay hesab olunur. Əhalisi XV əsrdə Qaramanlı bəylərbəyliyi əhalisinin Türkiyədən köçürülməsi, həmçinin XVIII-XIX əsrlərdə Şamaxı zəlzələsindən zərər çəkmiş əhalinin buraya yerləşdirilməsi nəticəsində formalaşmışdır. Şəhər bu adı sahilində yerləşdiyi çayın həddindən artıq şəffaf olmasına görə alıb.

Əsrlər boyu yerli əhalinin əsas gəlir mənbəyinin nar olmasında əlverişli iqliminin və məhsuldar torpaq örtüyünün böyük rolu olub. Göyçayda mövcud olan bütün nar növləri yetişdirilir. Hər il məhsul yığımı zamanı əsrlər boyu formalaşmış narçılıq mədəniyyətini özündə əks etdirən “Nar festivalı” keçirilir.

Məhsulun ünvanınıza çatdırılması 24-48 saat ərzində mümkündür. Qiyməti 5 AZN-dir. Şəhər xaricinə çatdırılma qiyməti 20AZN-dır.

Bizimlə pulsuz bir onlayn məsləhətləşmə planlaşdırın

Konsultasiya