Description
Bu ətirli meyvə çox xoş hədiyyə sayılırdı. Hədiyyə alınmış turunclar mis sinidə, sanki manqal, şamdan kimi evdə, otağın mərkəzinə qoyulardı. Bəzən də turuncları mis sinidə, çilçıraq kimi tavandan asardılar (bu adət bizim günlərə qədər İranın şimalşərqində mövcuddur). Bəzi rəylərə görə, məhz bu adət xalçaların orta elementinin turunc adlandırılması ilə nəticələnib.