Description
İran şahının oğlu ilə evləndirilmiş Qarabağ xanının qızı Vətənindən ayrıldığından çox güclü həsrət hissləri ilə yaşayırmış. Şahzadə, sevdiyi xanımının həsrətini azaltmaq üçün sevgilisinə Vətən bağçasını saldı. Bu bağçada Qarabağda bitən ağac və çiçəklər əkilmişdir. Burada bütün bitkilər var imiş, lakin Xarıbülbül çiçəyindən başqa… çünki bu çiçəyi yad diyarda heç bir gün belə yaşatmaq mümkün olmamışdı.