Description
Qədim dövrlərdə zəfəran yüksək qiymətləndirilmiş və hətta ali hakimiyyətə ən bahalı hədiyyə kimi təqdim edilirdi. Zəfəranın vətəni məlum deyil, ancaq bəzi mənbələrə görə, onu Avropaya Ərəbistandan gətiriblər. Hazırda zəfəran – Hindistan, Misir, İran, İspaniya, Çin, Azərbaycan kimi müxtəlif ölkələrdə becərilir. Bir çox əsrlər boyu ev təsərrüfatında və tibbdə geniş istifadə olunmuşdur. Zəfəranın nadir xüsusiyyətləri bu ədviyyatı əsl təbii vasitə edir.