Description
Bu model müsabiqənin iştirakçısı Hüseyn Hacıyevin “Milli həyat ünsürləri” ornamentli rəsmindən ilhamlanır. Hüseyn burada təsvir olunan ornamentləri belə izah edir: “Mənim rəsmim üç obyektdən ilhamlanır: dörd ünsür, nar və buta. Nar bolluq rəmzidir, dörd ünsür isə həyat rəmzi hesab olunur. Bu şarmda külək ünsürü əks olunub. Buta bizim milli naxışımızdır. Bunların üçünü birləşdirərək milli həyat simvolunu təsvir etmişəm.”