Description
Resm-dən “Azərbaycan sikkələri” kolleksiyası Azərbaycanın xanlıqlar dövründə zərb edilən sikkələrdən ilhamlanan müəllif improvizasiyasıdır. İki min ildən artıq müddət ərzində Azərbaycan numizmatikası milli dövlətçilik tarixini müşayiət edir və öz nümunələri ilə bariz şəkildə təsdiqləyir. Bununla bərabər, çoxəsrlik tarixi boyunca sikkə işi Azərbaycanda bədii sənətkarlıq cəhətdən də yüksək səviyyəyə çatmış və, beləliklə, istər istehsalçıların bacarıq və ustalığını, istərsə də öz dövrünün və cəmiyyətinin estetik dəyərlərini əyani şəkildə göstərmişdir. İki min ildən artıq müddət ərzində Azərbaycan numizmatikası milli dövlətçilik tarixini müşayiət edir və öz nümunələri ilə bariz şəkildə təsdiqləyir. Bununla bərabər, çoxəsrlik tarixi boyunca sikkə işi Azərbaycanda bədii sənətkarlıq cəhətdən də yüksək səviyyəyə çatmış və, beləliklə, istər istehsalçıların bacarıq və ustalığını, istərsə də öz dövrünün və cəmiyyətinin estetik dəyərlərini əyani şəkildə göstərmişdir.
XVII əsrin sonu – XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının pul-sikkə sistemlərində başlıca nominallar gümüş abbasilər və şahilər idi. Xırda pul kimi fulus ya da qara pul adlandırılan mis sikkələr buraxılırdı. Onların üz tərəfində zərbin yeri və vaxtı göstərilirdi. Zərb edilmə tarixi əsasən monqol-türk təqviminə görə – on iki illik “heyvan” silsiləsinin illərinə uyğun hesablanırdı. Bəzi xanlıqların sikkələrinin üzərində vaxtı ilə Anadolu Səlcuqlu dövlətinin sultanı II Keyxosrovun sikkələrini bəzəyən qədim türk rəmzi “Şir və Günəş” təsvirləri vardır. Əks tərəfdə müvafiq heyvanın təsviri, yaxud ərəb və ya fars dilində yazı olurdu. Xanlıqların ləğvindən sonra da gümüş sikkələr yerli bazarlarda hələ uzun müddət dövriyyədə olmuşdur. Daha sonralar isə qadın geyimlərini bəzəyən aksessuar olaraq numizmatik artefaktdan etnoqrafik raritetə çevrilmişdir.
Bu Azərbaycan sikkələri haqqında olan məlumatın kiçik bir hissəsidir. Biz bu bilikləri qoruyub saxlamaq və irsimizi gələcək nəsillərə ötürməkdə, kiçik də olsa, öz rolumuzu oynamaq istəyirik.