Əfşan – Sırğa, Rəngli Mina

SKU: AFS-1001 Category: Tag:

5.620

Description

Əfşan kompozisiyalarının əsasında yaradılmış xalça növləri sırasında Xilə-Əfşan (Bakı), Bicar (Gürcüstan) və Herat (Əfqanıstan) kimi xalça növlərini göstərmək olar. Əfşanlar xalçaçılığın ən mürəkkəb və möhtəşəm kompozisiyaları sırasında yer alır.

Bu modeldəki ornamental elementlər Əfşan xalçalarının ara sahəsini bəzəyən, biçək adı ilə tanınan spiralvari ağac budaqlarından əmələ gəlir. Spirallar Əfşanlara xas olan kiçik və orta-ölçülü elementlər ilə bəzədilir. Sadə və mürəkkəb quruluşlu spirallar sonluq adlanan elementlər ilə bitir. Bu elementlər qismən balıq təsvirinə bənzədiyindən Azərbaycan və İran xalçaçıları bunlara balıq və ya mahi (farsca “balıq”) adı vermişlər.

Məhsulun ünvanınıza çatdırılması 24-48 saat ərzində mümkündür. Qiyməti 5 AZN-dir. Şəhər xaricinə çatdırılma qiyməti 20AZN-dır.

Bizimlə pulsuz bir onlayn məsləhətləşmə planlaşdırın

Konsultasiya