Ağsu – Sırğa

SKU: AGS-1015 Category: Tags:

746

Description

Ağsunun adı tarixi mənbələrdə ilkin olaraq XVI əsrdən etibarən ticarət və sənətkarlıq məntəqəsi kimi xatırlanır. Arxeoloji qazıntılar zamanı Ağsu ərazisində bir çox sənətkarlıq emalatxanaları tapılmışdır. Ticarət yolu ilə gətirilmiş mis və dəmir kütləsi məhz bu emalatxanalarda kəsilərək, doğranaraq, döyülərək, əridilərək ondan bazarın tələbatına uyğun olaraq müxtəlif növ məmulatlar hazırlanıb. Üzərində döymə üsulu ilə insan təsviri işlənmiş buta formalı mis əşya xüsusi maraq doğurmuşdur. Modeldə bəzi hissələrinin əksini tapdığı bu təsvirin şəhərin müdafiəsində fərqlənmiş döyüşçülərdən biri olduğu ehtimal edilir.

Məhsulun ünvanınıza çatdırılması 24-48 saat ərzində mümkündür. Qiyməti 5 AZN-dir. Şəhər xaricinə çatdırılma qiyməti 20AZN-dır.

Bizimlə pulsuz bir onlayn məsləhətləşmə planlaşdırın

Konsultasiya