Description
Bu qədim ornament Çində “Çi” elementi kimi tanınır və əbədilik rəmzidir. Ehtimal edilir ki, bu ornament monqolların işğalı zamanı Azərbaycan xalq sənətində yayılıb və yerli bəzək üslubları arasında məşhurlaşmışdır. Bulud ornamenti keramikada, metal məhsullarda, memarlıqda və xalçaçılıqda, sonralar isə miniatürlərin və kitabların dizaynında istifadə edilib.