Description
Bu model xalça çantalardan ilham alaraq kətəbə naxışı ilə bəzədilib. Kətəbə silindr və ya digər uzunsov formalı medalyona deyilir. Üzəri kətəbələrlə bəzədilmiş əl işləri kətəbəli adlanır. Bağlayıcı hissənin bəzəyi xalçaların haşiyə zolaqlarında görünən “S” formalı elementdən gəlir. Bunlar suyun qıf içində axımını xatırladır və beləliklə, oturuşmuş, abad həyat tərzini ifadə edir. Digər yozmalara görə isə bu element məhsuldarlıq və əbədilik simvoludur.