Description
Azərbaycanda zərgərlik sənəti uzun əsrlər boyu ən inkişaf etmiş sənətkarlıq növlərindən olmuşdur. Burada zərgərliyin bütün sahələri inkişaf etmiş və əsrlər boyu daha da təkmilləşmişdir. Tarixən sənətkarlar Azərbaycanda qiymətli metalın bütün emal üsullarından istifadə etmişdir: döymə, qarasavad, şəbəkə, xatəmkarlıq, minaçılıq və s.