Description
Malıbəyli xalçaları öz adını Şuşanın yaxınlığında yerləşən eyniadlı kənddən götürmüşdür. Bu kəndin kişi sakinləri heyvandarlıq və əkinçiliklə, qadınları isə xalça və gəbə toxumaqla məşğul olurdular. Bu modeldə əksini tapmış 5 formalı naxışların Uyğur-Çin incəsənətindən Azərbaycan xalq incəsənətinə daxil olması və asanlıqla qəbul edilməsinin səbəbi dini inanclar və əhalinin həyat tərzi ilə bağlıdır.