Description
Bu model Təbrizə aid olan xalçanın orta medalyonundan ilham almışdır. Təbriz xalçaları İranın şimal-qərbində əhalisinin
əksəriyyətinin azərbaycanlılar təşkil etdiyi Şərqi Azərbaycan vilayətinin paytaxtı Təbriz şəhərində toxunur. Təbriz xalçaçılığın ən qədim mərkəzlərindən biri hesab olunur və çox çeşidli xalça istehsal edir. Təbriz xalçaları ən çox nəbati dizaynları ilə fərqlənir.