Description
“Uşaqlıqda atamın anası ilə çox vaxt keçirtmişəm, xüsusi ilə də yay tətillərində. Nənəmi “ana” deyə çağırardı bütün nəvələri. Adət halına gəlmişdi – axşamları nənəmin başına yığışıb, ətirli təndir çörəyi ilə kənd qatığını yeyəyeyə, ana”mızın bizə danışdığı nağıllara maraqla qulaq asmaq. Divlər, əjdahalar, pərilər, igidlər, pəhləvanlar və daha nələr… Bütün nağılların da sonu eyni cürə bitərdi: “Göydən üç alma düşdü – biri mənim, biri nağıl danışanın, biri də özümün.” deyərdi nənəm. Bu sözlər mənim yaddaşıma həkk olunub, indi isə düzəltdiyim sırğalarda öz əksini tapıb və nənəmin simasında bütün nənələrə həsr olunur.” – Rəsminə Qürbətova, “Resm Jewelry” brendinin dizayneri və təsisçisi.