Description
Şərq, o cümlədən Azərbaycan xalçası və dekorativ – tətbiqi sənətinin mahir bilicisi, görkəmli ornamentalist-rəssam, tədqiqatçı alim kimi tanınan L.Kərimov uzun illər Azərbaycan xalçalarını tədqiq etmiş, Azərbaycan dekorativ sənətini yeni ornamentlərlə zənginləşdirmiş, ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər yaratmışdır. O, “Şəbi-hicran” xalçasını yaradarkən Məhəmməd Füzulinin yaradıcılığından bəhrələnmişdi. Məhəmməd Füzuli orta əsr Azərbaycan şairi, mütəfəkkiri və filosofudur.