Description
S və ya Z formalı elementlər adətən qəbilə ilmələrində doldurucu naxış və ya haşiyə naxışı kimi istifadə edilir.
Bəzi tədqiqatçılar S elementinin ilan və ya əjdaha rəmzi olduğunu və Çindən gəldiyini iddia edirlər.Digərləri isə S-formalı naxışın suyun qıf içində axımını xatırlatdığını və, beləliklə abad həyat tərzini ifadə etdiyini, və ya, digər yozmalara görə, məhsuldarlıq və əbədilik simvolu olduğunu bildirirlər.