Budaqlı Buta – Üzük

SKU: BDB-2040 Category: Tags:

₼2.360

  • Sizing info
    • 0 ₼

Description

Buta qədimi motiv və ən çox bəyənilən Şərq naxışıdır. O öz adını qanqala bənzədiyi üçün Fars dilində kol mənasını daşıyan “boteh” sözündən götürür.
Buta ornamentləri Hindistanı zəbt etmiş Britaniyalıları o qədər heyran etmişdi ki, onlar bu ornamentləri özününkiləşdirib parçaların istehsalında istifadə etmişlər. Qərbdə butanı bu naxış ilə ad çıxarmış Şotlandiyanın Peysli şəhərinin adı ilə tanıyırlar.

Buta hər hansı bir ideyanın ayrı-ayrı mədəniyyətlər tərəfindən müxtəlif cürə şərh edilə biləcəyinin bariz nümunəsidir. Xüsusi ədəbiyyatda buta ornamentinin müxtəlif oxşatmalarına rast gəlmək olar: şam ağacının qozası, ərəb xurması ağacının çətiri və nəhayət alov. Bəzi inanclara görə buta bir simvol kimi alov əbədilik, əbədi həyat mənasını daşıyır.

Deməli, buta təsvirini həmdə uzun ömür və əbədi xatirə arzusu kimi başa düşmək olar.

Məhsulun ünvanınıza çatdırılması 24-48 saat ərzində mümkündür. Qiyməti 5 AZN-dir. Şəhər xaricinə çatdırılma qiyməti 20AZN-dır.

Bizimlə pulsuz bir onlayn məsləhətləşmə planlaşdırın

Konsultasiya