Description
Bu üzük ağac təsvirlərindən ilham almışdır. Xalçaçılıqda geniş yayılmış ağac təsvirləri xüsusi mənaları özündə əks etdirir.
Bunlardan ömür ağacı adını almış bu naxış qədim şərq fəlsəfəsində üç dünya (bizim dünya, cənnət və cəhənnəm) arasındakı
əlaqəni göstərir. Qeyd olunan üç dünya birbirinə mərkəzdən çəkilmiş böyük şaquli bir ox vasitəsilə bağlanır. Dünya oxunu ağac
şəklində təsvir etmək ta qədimdən xalçaçılıqdan başqa incəsənətin bir çox növlərində də öz əksini tapmışdır.