Description
Şirvan xalçaları hələ Orta Əsrlərdə dünyada məşhurlaşıb – Qafqaza səfər edən Qərb səyyahları onların gözəlliyi haqqında ağız dolusu danışmış, İntibah dövrü Avropa rəssamları onları ən məşhur tablolarında əks etdirmişlər. Xalçaların haşiyələri xalçanın mərkəzində (ara sahəsində) yerləşən təsvirləri və naxışları qorumaq mənası daşıyır. Ərciman xalçalarının dörd kənarı aləmin dörd tərəfinin göstəricisidir, dörd tağ isə qoç buynuzlarını təmsil edir. Qoç və qoyunlar Avrasiya köçəri xalqlarının həyatında olduqca önəmli rol oynayır və onların xalçalarda yer alması vardövlət və bolluq rəmzidir.