Çələbi – Boyun Yaylığı

120

Description

Bu əşyanın naxışları Qarabağ xalçaçılıq məktəbinə aid olan Çələbi xalçalarının mərkəzi medalyonundan ilham alıb. Çələbi xalçaları özünəməxsus tərtibatı ilə seçilir, onların ortasında yer alan məftunedici, əsrarəngiz medalyon isə xüsusi diqqət çəkir. Şərq dünyasında Çələbilərdən savayı bu tərtibata yalnız Cənubi Azərbaycanın Bərcid xalılarında rast gəlmək olar. Medalyonun şərq mifologiyasında cənnəti qoruyan ikibaşlı quşu təmsil etdiyi düşünülür, mərkəzində yer alan çarpaz xətlərdə rəmzi olaraq dörd təməl ünsür (yer,su, yel, od) göstərilib.

Məhsulun ünvanınıza çatdırılması 24-48 saat ərzində mümkündür. Qiyməti 5 AZN-dir. Şəhər xaricinə çatdırılma qiyməti 20AZN-dır.

Bizimlə pulsuz bir onlayn məsləhətləşmə planlaşdırın

Konsultasiya