Description
Qarabağ Azərbaycanın qədim tarixi bölgələrindən biridir. Bu bölgə Kiçik Qafqaz dağları ilə Kür və Araz çayları arasındakı ərazini əhatə edir. Bəzi məlumatlara görə, “Qarabağ” anlayışı VII əsrdən etibarən işlənməyə başlanmış, XII əsrdən etibarən isə geniş yayılmışdı. “Qarabağ” “qara” və “bağ” türk-Azərbaycan sözlərinin birləşməsindən əmələ gəlmişdir (“qara” sözü türk dillərində, o cümlədən Azərbaycan dilində, rəng bildirməklə yanaşı, “böyük”, “qalın”, “sıx” mənasında da işlənir). Tədqiqatçılar “Qarabağ”ın “böyük bağ”, “səfalı bağ” mənasında işlədildiyini də bildirirlər.