Əşyalara Qulluq
Resm zərgərlik əşyaları böyük sevgi və qayğı ilə hazırlanmışdır. Onların uzun ömürlü olması və sizlərə uzun müddət sevinc və zövq verməsini təmin etmək üçün, onlara vaxt ayırıb lazımi qulluq etmənizi tövsiyə edirik. Bizim, əsasən yüksək keyfiyyətli mina və qiymətli daşlardan hazırlanmış zərgərlik əşyalarımız xüsusi rəftar tələb etməsə də kiçik məsləhətlərimiz sizin Resm-dən olan əşyalarınızın uzun müddət ərzində gözəl qalmasına kömək edəcəkdir.
Ehtiyatla davranın və lazımi qaydada saxlayın. Resm istehsalında istifadə edilən mina davamlı olsa da, müəyyən sadə qulluq tələb edir. Biz minanın çatlamasının qarşısını almaq üçün zərgərlik əşyalarınızı, saxladığınız yerdən götürüb qoyarkən ehtiyatla davranmağınızı tövsiyə edirik. Resm əşyalarının dizayner qutusunda və ya xüsusi konteynerlərdə saxlanması, onların ümumi qutularda digər əşyalarla toqquşmasının qarşısını alacaq. Əşyaların ayrı saxlanması həmçinin onları zədələnmələrdən də qoruyacaqdır.
Əşyaları təmizləmək üçün verilmiş parçalardan istifadə edin. Sizi lazımi alətlərlə təmin etmək məqsədilə hər bir Resm zərgərlik əşyasına xırda lifli parça əlavə edilir. Bu xırda lifli kimyasız parçalardan birini hər zaman yanınızda saxlayın və yalnız zərgərlik əşyaları üçün istifadə edin. Bu parçalar əşyaların üzərində qalan barmaq izlərini və digər kiçik ləkələri asanlıqla təmizləyəcəkdir. Parçanın paltaryuyan və ya qurudan maşınlarda yuyulması və ya onun sərtliyini azaltmaq üçün istənilən növ kimyavi yumşaldıcı maddələrdən istifadə edilməsi qəti sürətdə məsləhət görülmür. Ehtiyatla yaxalayın. İlıq suya bir neçə damcı mülayim qabyuyan maddədən əlavə edib zərgərlik əşyalarınızı köpüklü suda yaxalamanız tövsiyə edilir. Əşyanı yaxalamaq üçün plastik konteynerdən və qurutmaq üçün yumşaq parçadan istifadə edin.
Məhsullarımıza 2 illik zəmanət mövcuddur.
Zəmanət Xidməti Haqqında:
– Məhsulun zəmanət müddəti satış tarixindən 24 ay təşkil edir.
– Zəmanət xidməti (zəmanət şərtləri daxilində) sıradan çıxmış məhsulun pulsuz diaqnostikasını və təmirini özündə birləşdirir.
– Zəmanət xidmətindən istifadə etmək üçün satılmış məhsul alıcı tərəfindən zəmanət talonu ilə birlikdə mağazaya təqdim edilməlidir.
- Məhsul istehsalçı səhvinə görə yox, istehlakçı tərəfindən sıradan çıxdığı təqdirdə zəmanət keçərli hesab olunmayacak.