Описание
Şirvan xalçaları hələ Orta Əsrlərdə dünyada məşhurlaşıb – Qafqaza səfər edən Qərb səyyahları onların gözəlliyi haqqında ağız dolusu danışmış, intibah dövrü Avropa rəssamları onları ən məşhur tablolarında əks etdirmişlər. Xalçaların haşiyələri xalçanın mərkəzində (ara sahəsində) yerləşən təsvirləri və naxışları qorumaq mənasını daşıyır. Ərciman xalçalarının dörd kənarı aləmin dörd tərəfinin göstəricisidir, dörd tağ isə qoç buynuzlarını təmsil edir. Qoç və qoyunlar Avrasiya köçəri xalqlarının həyatında olduqca önəmli rol oynayır və onların xalçalarda yer alması var-dövlət və bolluq rəmzidir.