Description
Buta qədimi motiv və ən çox bəyənilən Şərq naxışıdır. O, öz adını qanqala bənzədiyi üçün Fars dilində kol mənasını daşıyan “boteh” sözündən götürür.
Buta hər hansı bir ideyanın müxtəlif mədəniyyətlər tərəfindən müxtəlif cürə şərh edilə biləcəyinin bariz nümunəsidir. Xüsusi ədəbiyyatda buta ornamentinin müxtəlif oxşatmalarına rast gəlmək olar: şam ağacının qozası, ərəb xurması ağacının çətiri və nəhayət alov. Bəzi inanclara görə buta bir simvol kimi alov əbədilik, əbədi həyat mənasını daşıyır.