Description
Buta ən çox bəyənilən Şərq naxışıdır. O, öz adını qanqala bənzədiyi üçün Fars dilində kol mənasını daşıyan “boteh” sözündən götürür. Xüsusi ədəbiyyatda buta ornamentinin müxtəlif oxşatmalarına rast gəlmək olar: şam ağacının qozası, ərəb xurması ağacının çətiri və nəhayət, alov. Bəzi inanclara görə buta bir simvol kimi alov, əbədilik, əbədi həyat mənasını daşıyır. Deməli, buta təsvirini həm də uzun ömür və əbədi xatirə arzusu kimi başa düşmək olar.