Description
Çələbi xalçaları özünəməxsus tərtibatı ilə seçilir, onların ortasında yer alan məftunedici, əsrarəngiz medalyon isə xüsusi diqqət çəkir. Şərq dünyasında Çələbilərdən savayı bu tərtibata yalnız Cənubi Azərbaycanın Bərcid xalılarında rast gəlmək olar. Medalyonun şərq mifologiyasında cənnəti qoruyan ikibaşlı quşu təmsil etdiyi düşünülür. Medalyonun mərkəzində yer alan çarpaz xətlərdə rəmzi olaraq dörd təməl ünsür (yer, su, yel, od) göstərilib.